"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klub prezidenti Abdulbari Gözəlin müdafiəsinə qalxıb.
Qol.Az-ın sportnet.az saytına istinadən yaydığı xəbərə görə, 42 yaşlı mütəxəssis Gözəlin Malta "Valletta"sı ilə Çempionlar Liqasının II təsnifat mərhələsindəki cavab görüşündən sonra dediklərinin düzgün yozulmadığını bildirib.
Klub prezidentini çox yaxşı tanıdığını deyən Qurbanov onu çox yaxşı anladığını vurğulayıb: "Bu insan Azərbaycan futboluna bu qədər yatırım qoyursa, onun fikrini müxtəlif formalarda ictimaiyyətə çatdırmaq düzgün deyil. Mən bunu anlamıram. Baxmayaraq ki, azərbaycanlı deyil, gəlib burda biznes sahibi olub və bu gün azərbaycanlılar üçün az iş görmür. Onun qurduğu zavod, fabriklərdə neçə-neçə azərbaycanlı iş görür, öz ailələrini dolandırır. Belə bir insan haqda birdən-birə mənfi rəylər formalaşdırmağın səbəbini başa düşmürəm. Məncə, bu insanın yaxşılıqdan başqa heç kimə pisliyi dəyməyib. Kim onun dediklərini necə qəbul edibsə, insanlara da elə çatdırmaq istəyir".
Baş məşqçinin fikrincə, Gözəlin yalnız qarabağlılara yox, azərbaycanlılara da xeyli faydası deyib: "Belə insanlardan daha düzgün istifadə etmək lazımdır. Onların fikirlərinə daha dügün reaksiya vermək lazımdır. O insanın ağzında daima Azərbaycan, qarabağlılar olub. Hətta işğal altında olan hər rayonun alınan gününü daima anıb. Şirkətin işçilərini, bizləri hamımızı yığıb anım günü keçirib. Biz isə bunu mediaya çıxartmırıq. Özü də elə şeyləri xoşlayan insan deyil. Mən bunları deyirəm ki, tanımayan, bilməyən insanlar bilsin. Yəqin ki, mənim də fikrimə hörmətlə yanaşarlar. O elə bir inan deyil, onun fikirlərini də bu dərəcədə böyütmək düzgün deyil".
Qurbanov klub prezidentinin "Ağdamlılar istəsələr, özlərinə bir komanda qura bilərlər" fikrinə də münasibət bildirib: "Qarabağ” adı təkcə Ağdam deyil. Bu ad hamımıza aiddir. Ümumi bütün Qarabağ gedir. Buna görə deyib ki, "Qarabağ” təkcə Ağdamın komandası deyil. Biz oyunları Şuşada da keçirə bilərdik".
Hamını Gözələ qarşı yanlış fikirlərdən yayınmağa çağıran baş məşqçi Gözəlin qarabağlılar, ağdamlılara olan münasibətindən xəbərdar olduğunu əlavə edib: "Bu gün mənə heç xoş deyilki "Bakı” klubunun vəziyyəti belədir. Mənim üçün xoş deyil ki, "Qəbələ”, "İnter” Avropa Liqasında mübarizəni dayandırdı. Bu gün "Qarabağ”ın, "Neftçi”nin uğuru varsa, hamımız buna sevinib, kiçik səhvlərinə göz yummalıyıq. Lakin bəzən görürük ki, ya istəməməkdən, ya bilmirəm nədənsə, bəzi insanlar sanki gözləyirlər ki, "Qarabağ”da və ya başqa klubda hansısa kiçik səhv olsun, pis niyyətə yanaşıb çalışırlar ki, onu böyüdüb, problem yaratsınlar. Belə fikirlərin olmaması, məncə, daha yaxşıdır. Hamımız azərbaycanlıyıq. Bu gün hansısa bir insanın Azərbaycan üçün xeyrini görürəmsə, hansısa qüsuru olduqda, ona baxmalı deyiləm".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı