"Atletiko" Fransa millisinin hücumçusunu transfer etdi

"Atletiko" Fransa millisinin hücumçusunu transfer etdi
XƏBƏR 28 İyul 2014 / 14:28 3760
-  A +

"Atletiko" (Madrid) klubu "Real Sosyedad"ın hücumçusu Anton Qrizmanın transferini rəsmiləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, tərəflər arasında razılıq əldə olunub.

Fransa yığmasının üzvü tibbi müayinədən keçdikdən sonra Madrid klubu ilə rəsmi müqavilə imzalayacaq. Lakin müqavilənin müddəti açıqlanmayıb. Bu transferin "Atletiko"ya 30 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Qrizmanla daha öncə İngiltərənin "Arsenal" və "Mançester Yunayted" klubları da yaxından maraqlanırdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner