"Zalsburq" Bakıda gecə məşqə çıxacaq

"Zalsburq" Bakıda gecə məşqə çıxacaq
XƏBƏR 28 İyul 2014 / 14:19 3310
-  A +

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq Avstriyanın "Zalsburq" klubu ölkəmizə sabah gələcək.

Bu barədə Qol.Az saytına “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. 

“Zalsburq” sabah  Azərbaycana yola düşəcək. Qonaq komanda son məşqinə sabah saat 23:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq. Komandanın məşqini gecə saatlarına salması onları gətirəcək təyyarənin Bakıya axşam 21.00-da enməsi ilə əlaqədardır.  

"Zalsburq"un baş məşqçinin mətbuat konfransı isə məşqdən yarım saat əvvəl, 22.30-da başlanacaq.

Xatırladaq ki, "Qarabağ" - "Zalsburq"un oyunu iyulun 30-da, saat 20:30-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
topaz banner