“Neftçi” – “Çixura” matçının biletləri satışda

“Neftçi” – “Çixura” matçının biletləri satışda
XƏBƏR 28 İyul 2014 / 13:30 3056
-  A +

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının biletləri bu gün saat 12:00-dan satışdadır. 

Bu barədə Qol.Az saytına  klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Azarkeşlər biletləri 8-ci km qəsəbə stadionunun kassalarından ala bilərlər.

Adi biletlərin qiyməti bir (1), VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq.

Qeyd edək ki, satışa 8500 bilet çıxarılıb.

Xatırladaq ki, "Neftçi" - "Çixura" oyunu iyulun 31-də, saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner