AZAL Gürcüstan klubu ilə heç-heçə etdi

AZAL Gürcüstan klubu ilə heç-heçə etdi
XƏBƏR 28 İyul 2014 / 12:58 1448
-  A +

Təlim-məşq toplanışını başa vuran AZAL Türkiyədə  son yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Tərlan Əhmədovun rəgbərlik etdiyi komanda  Gürcüstanın “Kolxeti 1913” klubu ilə qarşılaşıb.

Oyunda hesab açılmayıb. Bu qarşılaşmadan sonra AZAL hazırlıqlarını başa vuraraq Bakıya qayıdıb. 

Xatırladaq ki, hazırlıq çərçivəsində İranın U-21 yığması ilə heç-heçə (2:2) edən "təyyarəçilər" Türkiyənin "Mersin İdmanyurdu" klubuna 2:1 hesabı ilə qalib gəlib, "Balıkəsirspor"a məğlub olub – 1:2.  "Antalyaspor"la görüşdə   isə 2:1 hesablı qələbə qazanıb.

Daha çox


Son xəbərlər