“Qarabağ” – “Zalsburq” oyununa 10 min bilet satılıb

“Qarabağ” – “Zalsburq” oyununa 10 min bilet satılıb
XƏBƏR 28 İyul 2014 / 12:34 4051
-  A +

Çempionlar Liqasının “Qarabağ” – “Zalsburq” oyununa böyük maraq var.

Bu haqda Qol.Az saytına klubun meneceri Asif Əsgərov məlumat verib. Onun sözlərinə görə, satışa çıxarılan 29 min biletdən 10 mini artıq satılıb.

“Qarabağ” klubu matç başlanana qədər bütün biletlərin satılıb qurtaracağını gözləyir.

Xatırladaq ki, “Qarabağ” – “Zalsburq” matçı iyulun 30-u, Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək. Oyun saat 20.30-da başlanacaq.

Daha çox


Son xəbərlər