Kaka: "Real"dakı karyeram uğursuz alınmayıb"

Kaka: "Real"dakı karyeram uğursuz alınmayıb"
XƏBƏR 28 İyul 2014 / 12:17 2492
-  A +

"San Paulu" klubunun futbolçusu Kaka sabiq komandası Madrid "Real"ındakı karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan braziliyalı futbolçu "Real"da karyerasının uğursuz alınmadığını bildirib:

"Real"dakı karyeram uğursuz olmayıb. Bu komandanın heyətində mövsüm ərzində orta hesabla 30 oyun keçirmişəm. 120 matçda 28 qola imza atmışam. Üstəlik La Liqa, ölkə kuboku və superkuboku qazanmışam. Mourinyo? O, mənim səbirli olmağıma və futbolçu kimi artırmağıma köməklik göstərib. Onun sayəsində mübarizə aparmağı və məşqçinin qərarlarına hörmətlə yanaşmağı öyrənmişəm".

Qeyd edək ki, Kaka 2009-2013-cü illərdə "Real"ın şərəfini qoruyub.

Daha çox


Son xəbərlər