Dieqo Kosta “Çelsi”də ilk qolunu vurdu

Dieqo Kosta “Çelsi”də ilk qolunu vurdu
XƏBƏR 28 İyul 2014 / 02:07 4304
-  A +

“Çelsi”nin yeni tranferi Dieqo Kosta London klubunda ilk qolunu vurub.

Qol.Az-ın məlumatına görə, “Çesli”də ilk oyununu “Olimpiya Lyublyana”ya qarşı keçirən braziliyalı hücumçu matçın 56-cı dəqiqəsində komandasının bərabərlik qoluna imza atıb.

Yeni transferlərdən Felipe Luis, Sesk Fabreqas və Dieqo Kosta start heyətdə meydana daxil olub. Didye Droqba isə ehtiyatda qalıb.

Qarşılaşma “Çelsi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər