“Sumqayıt” son yoxlama oyununda heç-heçə etdi

“Sumqayıt”  son yoxlama oyununda heç-heçə etdi
XƏBƏR 28 İyul 2014 / 00:19 1515
-  A +

Yeni mövsümə Türkiyənin Kartəpə bölgəsində hazırlaşan “Sumqayıt” ötən gün sonuncu yoxlama oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Aqil Məmmədovun komandası Türkmənistanın “Balkan” klubu ilə qüvvəsini sınayıb.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. “Sumqayıt”ın qolunu Məhəmməd Qurbanov vurub.

Xatırladaq ki, "Sumqayıt"  hazırlıq çərçivəsində keçirdiyi yoxlama oyunlarında "Perspolis"ə 2:3 hesabı ilə məğlub olub, Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib, Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə edib. Sonuncu yoxlama oyununda isə "Altın Asır"la bərabərə qalıb – 2:2.

Son xəbərlər