Pike: "Müdafiədə yeni futbolçuya ehtiyacımız var idi"

Pike: "Müdafiədə yeni futbolçuya ehtiyacımız var idi"
XƏBƏR 27 İyul 2014 / 00:30 3002
-  A +

"Barselona" klubunun müdafiəçisi Xerard Pike komandasının yeni transferi Jeremi Matye haqda danışıb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu müdafiə xəttində yeni oyunçuya ehtiyacları olduğunu bildirib:

"Müdafiə xəttində yeni futbolçuya ehtiyacımız var idi. Matyenin transferi bizim üçün yaxşı oldu. O, "Valensiya"da oynadığı dönəmlərdə yaxşı stopper olduğunu sübut edib. Bu transferdən çox məmnunam".

27 yaşlı futbolçu eyni zamanda Xavi Hernandezin komandada qalmasına və Sesk Fabreqasın "Çelsi"yə transferinə də münasibət bildirib: "Xavi haqda bir sıra transfer xəbərləri çıxsa da, o heç yerə getmədi. Onun hər zaman komandanın aparıcı futbolçusu olduğunu düşünmüşəm. Fabreqasa gəlincə o, özünü daha önəmli biri kimi hiss etmək istəyirdi. Bu səbəbdən komandadan ayrıldı. "Çelsi" çox yaxşı bir transfer etdi".

Daha çox


Son xəbərlər