"Liverpul"un yeni transferi sıradan çıxdı

"Liverpul"un yeni transferi sıradan çıxdı
XƏBƏR 26 İyul 2014 / 15:57 3510
-  A +

"Liverpul"un yeni mövsüm üçün "Sauthempton"dan transfer etdiyi Adam Lallana zədələnib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ-da təlim-məşq toplanışında olan komandanın son məşqində zədələnən futbolçunun durumunun ciddi olduğu bildirilir.

Dizindən zədə alan 26 yaşlı futbolçunun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Liverpul" mövsümün ilk oyununda öz meydanında "Sauthempton"u qəbul edəcək.

Daha çox


Son xəbərlər
topaz banner