"Atletiko" Fransa millisinin futbolçusunu istəyir

"Atletiko" Fransa millisinin futbolçusunu istəyir
XƏBƏR 26 İyul 2014 / 11:42 2855
-  A +

"Atletiko" (Madrid) klubu "Real Sosyedad"ın hücumçusu Anton Qrizmanı transfer etmək istəyir.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi artıq bir ay fransalı futbolçu ilə danışıqlara başlayıb.

"Atletiko" 23 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır. Lakin Qrizmanın təzminat qiyməti 30 milyon avro olduğundan "Real Sosyedad" klubu bu təkliflə razılaşmayıb. İspaniya təmsilçisi gənc və istedadlı futbolçunu daha yüksək satmaq niyyətindədir.

Qeyd edək ki, Fransa millisində 9 oyun keçirən Qrizman cəmi 3 dəfə rəqib qapılarına yol tapıb. 

Daha çox


Son xəbərlər
topaz banner