Yığmamız qələbə qazandı

Yığmamız qələbə qazandı
XƏBƏR 25 İyul 2014 / 17:09 2166
-  A +

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə üçüncü oyununu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniyanın Bremen regional yığması ilə qarşılaşan futbolçularımız Nadir Qasımov və Pilağa Mehdiyevin vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, turnirdəki ilk oyununda komandamız Mecklenburq-Vorpommern regional yığmasına 2:1 hesabı ilə qalib gəlmiş, ikinci qarşılaşmada isə Baden regional yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.

Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner