"Koper"in baş məşqçisi: "Neftçi" bu dəfə daha yaxşı oynadı"

"Koper"in baş məşqçisi: "Neftçi" bu dəfə daha yaxşı oynadı"
ÖLKƏ FUTBOLU 25 İyul 2014 / 12:58 4600
-  A +

"Sona qədər mübarizə apardıqları üçün futbolçularıma təşəkkür edirəm. Hiss olundu ki, hazırkı heyətimizin Avroliqa təcrübəsi yoxdur. Buna görə də qapımızın toxunulmazlığını sona qədər təmin edə bilmədik.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə cavab matçından (0:2) sonra deyib.

Yerli mətbuata açıqlama verən italiyalı mütəxəssis "Neftçi"yə uduzaraq mübarizəni dayandırmalarını komandasının təcrübəsiziliyi ilə əlaqələndirib:
"Neftçi"nin oyun sistemi ilk görüşdə olduğundan fərqli idi. Ona görə də bizə bir qədər çətin oldu. Ümumiyyətlə, rəqibimiz Bakıdakı oyunla müqayisədə bu gün daha yaxşı təsir bağışladı. Təbii ki, azlıqda qalmağımız oyunumuza təsir etdi. On nəfərlə mübarizə aparmaq, oyunun tempini saxlamaq çətindir.  Düşünürəm ki, futbolçularımı tənqid etməyə ehtiyac yoxdur. Açıq-aşkar hiss olunur ki, onlara təcrübə toplamaq lazımdır".  

Daha çox


Son xəbərlər