Böyükağa Hacıyev: "Qalib gələcəyimizə əmin idim"

Böyükağa Hacıyev: "Qalib gələcəyimizə əmin idim"
ÖLKƏ FUTBOLU 25 İyul 2014 / 12:27 5858
-  A +

"Neftçi" klubunun baş məşqçisi Böyüka Hacıyev Avropa Liqasının II təsnifat mərhələsinin "Koper"lə cavab matçından sonra görüş haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, Sloveniya mətbuatına açıqlama verən təcrübəli mütəxəssis qalib gələcəklərinə əvvəldən inandığını bildirib:

"İlk oyundan sonra "Koper"i yaxşı analiz etmişdik. Bilirdik ki, rəqib əsasən müdafiədə oynayacaq. Bizim isə oyun fəlsəfəmiz hücum futbolu üzərində qurulub. Bakıdakı qarşılaşmada müəyyən səhvlərə yol verdik. Futbolçularım həmin səhvlərdən nəticə çıxarmışdı. Qalib gələcəyimizə əmin idim. İlk oyundan sonra bildirmişdim ki, mərhələni adlamasaq, istefa verəcəyəm. Rəqibə də uğurlar arzulayıram. "Koper"in futbolçuları  əsl döyüşçüdürlər. Ancaq biz onlardan yaxşı oynadıq".

Xatırladaq ki, ilk oyunda rəqibinə 1:2 hesabı ilə uduzan "Neftçi" cavab matçında 2:0 hesabı ilə qalib gələrək Avroliqanın III təsnifat mərhələsinə yüksəlib.

Daha çox


Son xəbərlər