Azərbaycanlı hakimə daha bir təyinat

Azərbaycanlı hakimə daha bir təyinat
XƏBƏR 24 İyul 2014 / 18:00 2496
-  A +

FİFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 25-də keçiriləcək İsrail - Macarıstan qarşılaşmasının yan xətt hakimlərindən biri Y.Abbasov olacaq.

Oyunu şotlandiyalı FİFA referisi Kevin Con Klansi idarə edəcək. Digər laynsman Gylfi Mar Sigurdsson (İslandiya), dördüncü hakim isə Javier Estrada Fernandez (İspaniya) olacaq.

Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.

Daha çox


Son xəbərlər
topaz banner