"İlk oyunda yaxşı nəticə qazanmışıq. Ancaq bu, hələ heç nə demək deyil. Bugünkü görüşdə də qalib gəlib, qələbə seriyamızı davam etdirməliyik”.
Qol.Az saytına açıqlamasında bu sözləri “İnter” klubunun futbolçusu Elvin Məmmədov Avropa Liqasının II təsnifat mərhələsinin “Elfsborq”la bu gün keçiriləcək cavab matçı haqda danışarkən deyib.
Təcrübəli yarımmüdafiəçi rəqibi yüksək qiymətləndirməklə yanaşı komandasının mərhələ adlayacağına inandığını bildirib: “Rəqib çox yaxşı komandadır. Demək olar ki, bütün standart vəziyyətlərdən təhlükəli olurlar. Avroliqa təcrübəsinə malikdirlər. Buna baxmayaraq komandamıza inanıram. Səfərdə qalib gəlmişiksə, bunu doğma meydanda, azarkeşlərimiz önündə də bacarmalıyıq”.
E.Məmmədov “İnter”in səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq komandaların şanslarını bərabər hesab edir: “İnanmıram ki, səfərdə qazanılan qələbəyə görə, baş məşqçimiz komandaya rahatlıq versin. Çünki hesab sürüşkəndir. “Elfsborq” ilk dəqiqələrdən bizə qol vurmağa çalışacaq. Onlar daha sərbəst oynayacaq. Ancaq hesabı biz açsaq, özümüzdə top saxlamaqla bir qədər rahat oynaya bilərik. Komandaların şanslarını eynidir. İlk dəqiqələrdə qol vursaq, rahat nəfəs ala bilərik. Əks halda bizə çətin olacaq, oyunun sonuna qədər komandamız çox ehtiyatlı olmalıdır”.
Avroliqanın I təsnifat mərhələsində “Tiraspol”la ilk oyunda ayağından zədə alan futbolçu bügünkü görüşdə də iştirak edə bilməyəcəyi üçün təəssüfləndiyini söyləyib: “Zədəm bir qədər ciddi oldu. Çox istərdim ki, meydana çıxım və komandama kömək edim. Ancaq futbolda zədədən qaçmaq olmur. “İnter”in hücum xəttində kifayət qədər yaxşı futbolçular var. İnanıram ki, onlar üzərlərinə düşən işin öhdəsindən gələcəklər”.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək