“Elfsborq”un məşqçisi: “Heç kəs bizdən uğur gözləmir”

“Elfsborq”un məşqçisi: “Heç kəs bizdən uğur gözləmir”
ÖLKƏ FUTBOLU 23 İyul 2014 / 21:05 3273
-  A +

“Son 3-4 oyundur komandam zəif təsir bağışlayır. Ancaq ümid edirəm ki,  əvvəlki oyunumuzu bərpa edəcəyik və sabah yaxşı nəticə qazanacağıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Efsborq” klubunun məşqçisi Yan Miyan Avropa Liqasının II təsnifat mərhələsinin “İnter”lə cavab matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O,  sabah ilk qarşılaşmadan fərqli bir oyun sərgiləyəcəklərini bildirib. Qeyd edib ki, “Elfsborq” doğma meydanda istədiyi oyunu nümayiş etdirməyib: 

“Özümüzü cavab matçına yaxşı hazırlamışıq. Düzdü, ev oyununda daha yaxşı çıxış edirik.  Səfərdə də layiqli oyun sərgiləmək fikrimiz var. İlk görüşdə yaxşı şanslarımız olsa da, yararlana bilmədik. Öz meydanımızda etdiyimiz səhvləri burada təkrarlamayacağıq.  “İnter”ə asan təslim olmaq fikrində deyilik. Baş məşqçimizin ayağı qırıldığı üçün bir qədər müəlicəyə ehtiyacı var . Ancaq inanmıram ki, onun komandanın yanında olmamağı futbolçulara pis təsir etsin. Oyunçularımız psixoloji cəhətdən də sabahkı görüşə tam hazırdır”.

Y.Miyan “İnter”ə məğlub olacaqları halda bunu faciə saymayacaqlarını bildirib: “Biz heyətdə xeyli dəyişiklik etmişik. Demək olar ki, komandamız yenidir. Ulduz futbolçulara ehtiyacımız var. Ona görə də heç kəs bizdən uğur gözləmir. Biz qarşıdakı üç ildə nailiyyət əldə etməyi qarşımıza məqsəd qoymuşuq. Ona görə də sabah mübarizəni dayandırsaq, bizim üçün faciə olmayacaq”.

Daha çox


Son xəbərlər