"Neftçi" ilə cavab matçının çətin keçəcəyini bilirik. Rəqibimiz yüksək səviyyəli komandadır. İlk oyunda bunun şahidi olduq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Koper"in direktoru Andrey Poljsak Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə matç haqda danışarkən deyib.
Klub rəsmisi Sloveniya mətbuatına açıqlamasında cavab görüşündə də qələbə qazanmalı olduqlarını bildirib: "Ola bilsin ki, biz ilk oyunda qalib gəlməklə sürpriz etdik. Lakin doğma meydandakı cavab görüşündə də öz oyunumuzu nümayiş etdirməli və qələbə qazanmalıyıq. Əsas məqsədimiz ilk mərhələni keçmək idi. İndi isə biz daha texnikalı komandaya qarşı mübarizə aparırıq. Ümumilikdə komandada yaxşı atmosfer var. Bu, şəhərdə də hiss olunur. "Neftçi" ilə oyunda stadiona daha çox azarkeşin gələrək, bizə dəstək olacağını gözləyirik".
Qeyd edək ki, "Koper" - "Neftçi" oyunu sabah, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə Sloveniya təmsilçisi qələbə qazanıb - 2:1.
Tarixdə ilk
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü