"İnter" "Elfsborq"la oyuna ciddi itki ilə çıxacaq

"İnter" "Elfsborq"la oyuna ciddi itki ilə çıxacaq
XƏBƏR 23 İyul 2014 / 18:08 3456
-  A +

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah “Elfsborq”la qarşılaşacaq “İnter” oyuna ciddi itki ilə çıxacaq.

Qol.Az-ın məlumatına görə, Avroliqanın I mərhələsinin "Tiraspol"la ilk oyununda ayağından xəsarət alan Elvin Məmmədov  sabahkı görüşdə də komandasına kömək edə bilməyəcək. O, hələlik məşqlərdə iştirak etmir. Bu barədə Qol.Az saytına futbolçu özü məlumat verib.

Təcrübəli yarımmüdafiəçi bildirib ki, hələlik fizioterapevt nəzarəti altında məşq edir və nə vaxt sıraya dönəcəyi bəlli deyil.

Son xəbərlər