Çempionlar Liqasının II təsnifat mərhələsində evdə "Valletta"nı (Malta) 4:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, Q.Qurbanov komandasının vacib qələbə qazandığını bildirib.
- Düşünürəm ki, vacib qələbə idi. Biz ancaq qələbə haqda fikirləşirdik. Məncə pis oyun alınmadı, sadəcə daha yaxşı oynaya bilərdik. Ancaq bu, xeyrimizə oldu və komandanın toparlanmağında rol oynadı. Yenə də çatışmazlıqlarımız var. Qarşıdan daha çətin oyunumuz gəlir. Bu rəqiblə bizi gözləyən komanda eyni deyil. Sabahdan məşqlərə başlayacağıq. Çalışacağı ki, rəqibə güclü müqaviət göstərək.
- Reynaldonun əvəzlənməsi nə ilə bağlı idi?
- O əzələsindən kiçik zədə aldı.
- Çoxları yenə "Qarabağ"a arzuolunmaz rəqibin düşdüyünü deyir...
- Xeyirlisi, qismətimiz budur.
- Sizcə, Rəşad Sadıqov və Maksim Medvedev qarşıdakı oyuna hazır olacaq?
- Qara və Maksim hazır olacaq. Rəşad isə sual altındadır. Ola bilər ki, tam hazır olmasın.
- "Zalsburq"un baş məşqçisi oyunu izləyənlər arasında idi. Ola bilər ki, Qurban Qurbanov bu görüşdə hansısa kartları gizlətsin?
- Yox, ciddi bir şey olmadı. Sadəcə o rəqibə qarşı başqa oyun oynayacağıq. Futbolçular öz işini gördülər.
- İlk oyunun evdə keçirilməsinin hansısa təsiri ola bilər?
- Təbii ki, hər bir komanda ilk oyununu səfərdə oynamaq istəyir.
- Çempionlar Liqasının oyunlarında ən böyükhesablı qələbə "Qarabağ"a məxsusdur...
- Biz belə şeylərə fikir vermirik. Ola bilər ki, digər oyunda burada 0:0, səfərdə 1:1 olsun və qalib biz olaq.
- Qeyd etdiniz ki, komandada çatışmazlıqlar var. "Zalsburq"la oyunda bu çatışmazlıqları aradan qaldırmaq mümkün olacaq?
- Çalışacağıq ki, bu boşluqlar həmin oyunda olmasın. "Zalsburq"la qarşılaşmada açıq oyuna üstünlük verməyəcəyik. Onlarla bir az fərqli oynayacağıq, amma öz oyunumuzdan da əl çəkməyəcəyik. Top bizdə olsa da, daha çox müdafiəni düşünməliyik.
- İştirak ərizəsinə yeni oyunçu gözlənilir?
- Yox, hələ ki, elə bir şey yoxdur.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı