"Hummels və Roys "Borussiya"dan ayrılmayacaq"

"Hummels və Roys "Borussiya"dan ayrılmayacaq"
XƏBƏR 22 İyul 2014 / 15:08 2094
-  A +

"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp komandadan ayrılacağı iddia edilən futbolçuları Mats Hummels və Marko Roys haqda danışıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis hər iki oyunçunun yeni mövsümdə də Dortmund təmsilçisində çıxış edəcəyini bildirib.

Qeyd edək ki, hər iki futbolçunun adı "Mançester Yunayted" klubu ilə hallanırdı.


Son xəbərlər
topaz banner