Daha bir klubun legionerləri Ukraynaya qayıtmaqdan imtina etdi

Daha bir klubun legionerləri Ukraynaya qayıtmaqdan imtina etdi
XƏBƏR 22 İyul 2014 / 14:06 2743
-  A +

"Şaxtyor" (Donetsk) klubundan sonra daha bir komandanın legionerləri Ukrayana qayıtmaqdan imtina edib.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, "Metallist" klubunun argentinalı futbolçuları adı çəkilən ölkəyə dönməyiblər.

Həmin futbolçular Xose Sosa, Conatan Kristaldo və Alexandro Qomesdir. Onların Ukraynada münaqişəli vəziyyətin və gərginliyin davam etməsi səbəbindən komandalarının düşərgələrinə qayıtmadıqları bildirilir.

Qeyd edək ki, daha öncə Sebastyan Blanko Ukraynaya dönməkdən imtina etmişdi.


Son xəbərlər
topaz banner