Azərbaycanlı hakim Almaniya - Serbiya oyununda

Azərbaycanlı hakim Almaniya - Serbiya oyununda
XƏBƏR 22 İyul 2014 / 11:22 2500
-  A +

FİFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün keçiriləcək Almaniya - Serbiya qarşılaşmasının yan xətt hakimlərindən biri Y.Abbasov olacaq.

Oyunu ispaniyalı FİFA referisi Javier Estrada Fernandez idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Stephan Klossner (İsveçrə) olacaq.

Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.

Daha çox


Son xəbərlər
topaz banner