"Çelsi"nin futbolçusunun əsgərlik problemi həll olundu

"Çelsi"nin futbolçusunun əsgərlik problemi həll olundu
XƏBƏR 21 İyul 2014 / 21:39 3646
-  A +

"Çelsi"nin futbolçusu Məhəmməd Salahın əsgərlik problemi həll olunub.

Qol.Az-ın məlumatına görə, 22 yaşlı oyunçu Misirdə  oxuduğu təhsil ocağından qovulduğu üçün hərbi xidmətə çağırılımışdı.

Ancaq Misir millisinin baş məşqçisi Şavku Qarib ölkənin baş naziri İbrahim Məhləblə görüşərək bu problemi həll edib.

Qeyd edək ki, M.Salah bu ilin yanvarında "Bazel"dən 14 milyon avroya "Çelsi"yə transfer olunub.

Daha çox


Son xəbərlər
topaz banner