"Atletiko" "Çelsi"nin təklifini rədd etdi

"Atletiko" "Çelsi"nin təklifini rədd etdi
XƏBƏR 21 İyul 2014 / 13:36 3740
-  A +

"Çelsi" klubu Madrid "Atletiko"sunun daha bir futbolçusunu transfer etməyi planlaşdırır.

Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, London təmsilçisi "Atletiko"nun müdafiəçisi Miranda de Souza da heyətinə qatmaq niyyətindədir.

Artıq "Çelsi" braziliyalı futbolçunun transferi üçün qarşı tərəfə 25 milyon avro təklif göndərib. Lakin Madrid klubu bu təklifi rədd edib. "Atletiko"nun Miranda üçün ingilis klubundan 30 milyon avro tələb etdiyi bildirilir. 

Qeyd edək ki, "Çelsi" daha öncə "Atletiko"dan Dieqo Kosta və Felipe Luisi transfer edib.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq