"İnter" - "Elfsborq" matçının hakimləri müəyyənləşdi

"İnter" - "Elfsborq" matçının hakimləri müəyyənləşdi
XƏBƏR 21 İyul 2014 / 10:25 1601
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "İnter" - "Elfsborq" matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Şəfa" stadionunda baş tutacaq oyunu bolqarıstanlı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Stanislav Todorov olacaq. Ona İvo Kolev və Martin Venev köməklik edəcəklər. Nikolay Yordanov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 24-də keçiriləcək "İnter" - "Elfsborq" oyunu saat 21:00-da başlayacaq.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu