“Qəbələ” van Bastenin komandasına uduzdu

“Qəbələ” van Bastenin komandasına uduzdu
XƏBƏR 20 İyul 2014 / 20:00 4824
-  A +

2014/2015 mövsümünün hazırlıqlarının ikinci hissəsini Hollandiyada keçirən "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Dorinel Muntyanunun komandası əfsanəvi Marko van Bastenin başçılıq etdiqi "Az Alkmaar" klubu ilə qüvvəsini sınayıb və 0:2 hesabı ilə uduzub. 

Qeyd edək ki, "Qəbələ" adı çəkilən ölkədə daha üç yoxlama görüşü keçirməyi planlaşdırır.


20 iyul

Yoxlama oyunu

18.00. “Az Alkmaar” (Hollandiya) - “Qəbələ” (Azərbaycan) – 2:0
Qollar:
Muamer Tankoviç, 36, 73    


Əsas heyətlər

"Az Alkmaar": Yves De Vinter, Mattias Yohansson, Ceffri Qaueleu, Yan Vuytens, Simon Poulsen, Markus Henriksen, Nemanya Qudelj, Viktor Elm, Stiven Berquys, Muamer Tankoviç, Quus Hupperts.


"Qəbələ": Kamran Ağayev, Ürfan Abbasov, Vladimir Levin, Şirməhəmməd Məmmədov, Pavol Farkaş, Ruslan Abışov, Nizami Hacıyev, Adrian Ropotan, Cavid Hüseynov, Markinyos, Viktor Mendi.



Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu