Pirlo qərarını verdi

Pirlo qərarını verdi
XƏBƏR 20 İyul 2014 / 02:56 4821
-  A +

Massimiliano Alleqrinin "Yuventus"a baş məşqçi təyin olunmasından sonra komandadan gedəcəyi gözlənilən Andrea Pirlonun gələcək karyerasına aydınlıq gəlib.

Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 35 yaşlı futbolçu "Yuventus"da qalmağa qərar verib.

Daha öncə aralarında problem yaşandığı bildirilən Alleqri futbolçu ilə görüşərək onu komandada saxlamağa müvəffəq olub. Təcrübəli mütəxəssis "Yuventus"un Pirlo kimi futbolçuya ehtiyacı olduğunu açıqlayıb.

Qeyd edək ki, Pirlonun "Yuventus"la 2016-cı ilə qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər
topaz banner