Keylor Navas: "Real"la müqavilə imzalamamışam"

Keylor Navas: "Real"la müqavilə imzalamamışam"
XƏBƏR 19 İyul 2014 / 23:15 3225
-  A +

DÇ-2014-də uğurlu çıxışı ilə seçilən Kosta-Rika millisinin qapıçısı Keylor Navas "Real"a transfer olunduğu ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "AS"a danışan "Levante"nin gənc qolkiper deyib ki, hələlik Madrid klubu ilə müqavilə imzalamayıb:

"Real"la danışıqlarımız davam edir.  Bəzi məsələlərdə razılıq əldə olunmayıb".

Qeyd edək ki, K.Navas DÇ-2014-də oynadığı 5 matçda qapısından cəmi iki qol buraxıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner