"Qalatasaray" İzet Hayroviçdən FİFA-ya şikayət etdi

"Qalatasaray" İzet Hayroviçdən FİFA-ya şikayət etdi
XƏBƏR 18 İyul 2014 / 19:38 3392
-  A +

"Qalatasaray"  keçmiş futbolçusu İzet Hayroviçdən FİFA-ya şikayət edib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, buna futbolçunun klubla müqaviləni birtərəfli qaydada ləğv edərək "Verder"ə keçməsi səbəb olub.

İstanbul təmsilçisi  22 yaşlı müdafiəçidən onun üçün "Qrasshopper"ə ödədikləri 3 milyon 500 min təzminatın geri qaytarılmasını və 250 min avro mənəvi təzminat ödəməsini tələb edib. 

Qeyd edək ki, bundan əvvəl İ.Hayroviç maaşını almadığı üçün "Qalatasaray"ı FİFA-ya şikayət etmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner