“İdman-Azərbaycan” telekanalının lisenziyası 6 il uzadılıb

“İdman-Azərbaycan” telekanalının lisenziyası 6 il uzadılıb
XƏBƏR 18 İyul 2014 / 18:00 3093
-  A +

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin idman kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

“İdman-Azərbaycan” kanalının  televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner