Azərbaycanlı hakim Portuqaliya - İsrail oyununda

Azərbaycanlı hakim Portuqaliya - İsrail oyununda
XƏBƏR 18 İyul 2014 / 14:31 2653
-  A +

FİFA referi köməkçisi Yaşar Abbasovun 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcəyi haqda xəbər vermişdik.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq təmsilçimizin meydana çıxacağı ilk oyun müəyyənləşib.

İyulun 19-da keçiriləcək Portuqaliya - İsrail qarşılaşmasının yan xətt hakimlərindən biri Y.Abbasov olacaq. Oyunu rumıniyalı FİFA referisi İstvan Kovacs idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Tomas Bognar (Macarıstan) olacaq.

Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq