Azərbaycan futbolunun azarkeşi deyiləm. Amma Azərbaycanımın azarkeşiyəm. "Neftçi" xarici komanda ilə oynayırdı deyə, meydana məmləkətimi dəstəkləməyə getmişdim.
Orda öyrəndim ki, bəs Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarıdı. Azərbaycan kubokunun qalibi "Neftçi” bu mərhələdən mübarizəyə qoşulub və Sloveniyanın "Koper” klubunu qəbul edir.
Stadionu yaxınlarda təhvil veriblər. Adı "Bakcell arena”dı. 3-cü sektorda oturmuşduq. Meydanın biz tərəfdə olan aut xətti görünmür. Oyun xəttin yaxınlğında olanda, gərək tullanasan stadionun içinə. Bir-iki dəfə tullandım. Hakim oyunu saxlayıb, məni yenidən 3-cü sektora-yerimə qaytardı.
Oyun başladı. Dəhşət. 10 dəqiqədən sonra qənaətim hazır idi: dünyanın ən zəif "komandası” "Neftçi"di. Baş məşqiçi Böyükağa Hacıyev, deyəsən, kresloda yatıb. Ya da oyuna gəlməyib. Onu görmədim. Bir dəfə də olsun, durub komandanın oyunçularına göstərişlər vermədi. Oyunçu dəyişdirilir, meydandan çıxan futbolçuya əl vermir. Üzr istəyirəm, "futbolçu” sözü dırnaqda yazılmalıdı.
Bu adam oyunçularından küsüb. Oyunçuların valideynlərinin nəzərinə çatdırıram ki, övladlarını yoxlasınlar. Evdən məşq adıyla çıxıb, başqa yerlərə gedirlər. Məşqə gələn adam belə oynamaz. Mehdiabadda yaşayıram. Bizim komandamız var. Yüksək məbləğdən mərc gələk, "Neftçi" ilə oynayaq, uduzsaq adımı 90 qoyacam. O qara gədənin şərəfinə))))
Hə, meydanda oynayanların adı elan olunanda, demək olar ancaq qəraib-qürayib adlar eşitdim. O 90 var ha, futboldan başqa hər şey oynadı. Bədbəxtoğlu ölkəsində qalıb aktyorluq eləmir... Adam hər 5 dəqiqədən bir özünü qaldırıb yerə vurur. Gah qarnını tutur, gah belini... Vəziyyət o həddə çatmışdı ki, onun meymunluğunu rəqib komandanın oyunçuları alqışlayırdı. Tayı da var – 10 nömrə. Adam ayağında top olanda elə bükülür ki, sanki Məşədi İbad "hambal” deyə onu yanına çağırıb. Messi bədbəxtin başını xarab eliyib. Topu götürür, düşür meydanın ortasına, gah o pöhrəliyə girir, gah bu pöhrəliyə. Rəqib oyunçulardan heç kim ona yaxınlaşmır. Ayağında top ortada tvist oynayır, sonra yıxılır... Vəssalam. Hücum. İki qol. Və meydanda bir qəpiyə olan söyüşlər, "istefa” şüarları...
Bizim 7-nin vurduğu bir qol pis alınmadı. Cərimə meydançasının yazınlığından zərbə endirdi və rəqibin qapıçısı başqa qapıçıların tuta biləcəyi topu buraxdı. Yəni zəifdi. Nə olsun, bu zəifdən top keçirə bilməyən iki dəfə artıq zəiflər də var.
Bizim qapıçı isə göylə əlləşir. Topa düzgün çıxmadı, ikinci qol idman dilində desək, toru silkələdi. Birinci qolu isə onların 14 nömrəsi vurmuşdu. Əla oyunçudu. Bizimkilərin başına oyun açmışdı.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə bitdi. Matç bitən kimi, azərkeşlər meydanı butulka atəşinə tutdular. Tərslikdən oyunçular meydandan çıxmışdı, bəlkə bir-ikisinə dəyərdi, ayılardılar, bilərdilər ki, otluqda gəzməyə gəlməyiblər.
Görün Azərbaycan kubokunu almayan komandalarımız nə gündədi...
Ceyhun MUSAOĞLU,
Edalet.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı