"Qarabağ" "Valletta" ilə oyunun hazırlığına başlayır

"Qarabağ" "Valletta" ilə oyunun hazırlığına başlayır
XƏBƏR 17 İyul 2014 / 18:03 2130
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Valletta"nı 1:0 hesabı ilə məğlub edən "Qarabağ" klubu artıq Bakıdadır.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Malta-İstanbul-Bakı reysi ilə vətənə qayıdan komanda bu gündən cavab matçının hazırlığına start verəcək.

"Qarabağ"ın ilk məşqi saat 19:00-a nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək "Qarabağ" - "Valletta" oyunu saat 21:30-da başlayacaq.

Daha çox


Son xəbərlər