Pirlo "Yuventus"u "Real"a dəyişə bilər

Pirlo "Yuventus"u "Real"a dəyişə bilər
XƏBƏR 17 İyul 2014 / 15:39 3435
-  A +

"Yuventus" klubunun yarımmüdafiəçisi Andrea Pirlonun komandadan ayrılacağı iddia olunur.

Qol.Az-ın "Tuttosport"a istinadən verdiyi məlumata görə, buna Massimiliano Alleqrinin Turin təmsilçisinə baş məşqçi təyin olunmasıdır.

Daha öncə "Milan" çalışan tərəflər arasında yaşanan problem səbəbindən Pirlo "Yuventus"a transfer olunmuşdu. Alleqrinin "Yuventus"a gəlişi isə Pirlonun komandadan gedəcəyi iddialarını gücləndirib.

35 yaşlı futbolçu ilə "Real" (Madrid) klubu yaxından maraqlanır. Lakin təcrübəli futbolçunun yeni mövsümdən karyerasını hansı komandada davam etdirəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, ötən mövsüm "Milan"ın heyətində 30 oyuna çıxan Pirlo 4 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər