Brendan Rodcers: "Suaressiz də qələbə qazanmışıq"

Brendan Rodcers: "Suaressiz də qələbə qazanmışıq"
XƏBƏR 17 İyul 2014 / 11:44 2265
-  A +

"Liverpul"un baş məşqçisi Brendan Rodcers Luis Suaresin "Barselona"ya transfer olunmasına münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, uruqvaylı hücumçunun komandada ayrılması ilə heç bir şey itirmədiklərini deyib:

"Biz yenə də turnirlərdə uğur qazanmağa çalışacağıq. Luis Suaresə "Livepul"dakı yaxşı oyununa görə təşəkkür edirəm. O, möhtəşəm  futbolçudur. Ancaq biz Suaressiz də qələbə qazanmışıq".

Qeyd edək ki, Suares "Barselona" ilə beş illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər