"Barselona"nın futbolçusu sıradan çıxdı

"Barselona"nın futbolçusu sıradan çıxdı
XƏBƏR 17 İyul 2014 / 10:32 3436
-  A +

"Barselona"nın futbolçusu Adriano Korreya Klaro sıradan çıxıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mövsüm öncəsi tibbi müayinədən keçən 29 yaşlı müdafiəçinin ürəyində problem olduğu aşkarlanıb.
 
Ürək ritmi pozulan oyunçunun müalicə olunması üçün 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, Adrianonun "Liverpul", "Napoli", Roma" klublarından birinə transfer olunacağı iddia edilir.

Daha çox


Son xəbərlər