Braziliyalı futbolçu rəsmən "Qəbələ"də

Braziliyalı futbolçu rəsmən "Qəbələ"də
XƏBƏR 17 İyul 2014 / 10:08 3471
-  A +

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov və Pavol Farkaşı rənglərinə bağlayan "qırmızı-qaralar" braziliyalı Markinyos Kariokanı da sıralarına qatıb.

Yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.

28 may 1992-ci ildə anadan olan Markinyos peşəkar futbolçu karyerasına 2011-ci ildə Braziliyanın "Parana" klubunda start verib. Gənc futbolçu 2013-2014 mövsümünü Rumıniyanın "Otelul" kollektivində keçirib. O, sözügedən komandada 33 oyunda meydançaya çıxıb və 9 dəfə fərqlənməyi bacarıb.


Son xəbərlər