"Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi

"Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi
XƏBƏR 16 İyul 2014 / 16:43 1900
-  A +

2014/2015 mövsümünün hazırlıqlarının ikinci hissəsini Hollandiyada keçirən "Qəbələ" bu ölkənin daha bir klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Qol.Az-ın Hollandiya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı qaralar" bu dəfə "Hereven" komandası ilə qarşlaşacaq.

Ötən mövsüm Hollandiya çempionatını 5-ci pillədə başa vuran "Hereven"lə oyun iyulun 26-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" iyulun 20-də Hollandiyanın "AZ Alkmaar" klubu ilə yoxlama oyunu keçirəcək.

Daha çox


Son xəbərlər