Oğuz Çətindən Fatih Terimə sərt ittihamlar

Oğuz Çətindən Fatih Terimə sərt ittihamlar
XƏBƏR 16 İyul 2014 / 13:10 3587
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Türkiyə millisinin çalışdırıcısı Fatih Terimi tənqid edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, yığmada bir müddət birgə işlədiyi F.Terimin başqa məşqçilərin yolunu açmadığını deyib:

"2005-ci ildə Türkiyə millisində işləməyə başladım. O zaman Terim komandadan getdikdən sonra yığmanı mən və ya məşqçi heyətindəki şəxslərdən birinin çalışdıracağını düşünürdük. Ancaq Fatih Terim Türkiyə millisi ilə yolları ayırdıqdan sonra onun əvəzinə Quus Hiddink gətirildi. Hiddinklə də o getdikdən sonra baş məşqçi olacağımı düşündüyüm üçün işlədim. Millinin səksən matçında komandanın məşqçilərindən biri olmuşam. Ancaq bu təcrübəm heç kəs tərəfindən dəyərləndirilmədi. Fatih Terim heç zaman mənə dəstək olmadı. Mənim yığmada baş məşqçi kimi işləməyimi istəmədi. Ancaq Mustafa Dənizli onun kimi deyil".

O.Çətin bildirib ki, Türkiyə millisini fərqli məşqçilər də çalışdırmalıdır: "Fatih Terim, Quus Hiddink, Abdullah Avcıdan sonra niyə Aykut Kocaman, Ertoğrul Sağlam kimi gənc məşqçilər millidə işləməsin? Ölkədə elit məşqçilərin sayını artırmaq lazımdır. Yalnız Fatih Terimi yığmaya gətirmək düzgün deyil. Elit məşqçilərin sayı artsa, ölkə futbolu da inkişaf edəcək".

Son xəbərlər