Toni Kroosun “Real”la danışıqlar apardığı rəsmən təsdiqləndi

Toni Kroosun “Real”la danışıqlar apardığı rəsmən təsdiqləndi
XƏBƏR 16 İyul 2014 / 12:08 2590
-  A +

"Bavariya"nın idman direktoru Karl Haynz Rummenigge "Real"ın Toni Kroosu transfer etmək istədiyini təsdiqləyib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı zəbərə görə, o deyib ki, bununla bağlı Madrid klubu ilə danışıqları davam edir:

"Toni Kroosun "Bavariya" ilə müqaviləsi 2014/2015 mövsümünün sonu başa çatır. DÇ-2014-dən sonra onun klubla müqaviləni yeniləyəcəyi gözlənilmir. Buna görə də Kroosu satmağı planlaşdırırıq. "Real"la danışıqlarımız davam edir. Amma hələ Kroosun "Real"a keçidi rəsmiləşməyib".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner