"Qəbələ" "AZ Alkmaar"la qarşılaşacaq

"Qəbələ" "AZ Alkmaar"la qarşılaşacaq
XƏBƏR 15 İyul 2014 / 18:04 2377
-  A +

2014/2015 mövsümünün hazırlıqlarının ikinci hissəsini Hollandiyada keçirən "Qəbələ" bu ölkənin "Az Alkmaar" klubu ilə yoxlama görüşündə qüvvəsini sınayacaq. 

Qol.Az-ın Hollandiya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu oyun iyulun 20-nə nəzərdə tutulub. 

"Qırmızı qaralar"ın Hollandiya futbolunun canlı əfsanəsi Marko van Bastenin çalışdırdığı klubla yoxlama oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" klubu adı çəkilən ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner