Şvaynştayger: "Avro-2016"ya qələbə üçün gedəcəyik"

Şvaynştayger: "Avro-2016"ya qələbə üçün gedəcəyik"
XƏBƏR 15 İyul 2014 / 13:27 1919
-  A +

Almaniya millisinin yarımmüdafiəçisi Bastian Şvaynştayqer iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Sky Sports"a danışan təcrübəli futbolçu komandasının "Avro-2016"ya da qələbə üçün gedəcəyini bildirib:

"Dünya çempionatındakı zəfər bizə daha böyük uğurlar qazanmaq istəyi verir. Növbəti turniri də qazanmaq istəyirik. Braziliyada böyük turnirdə gənc futbolçuların təcrübə qazanmaları çox vacibdir. Biz Fransada keçiriləcək "Avro-2016"nın final mərhələsinə də yalnız çempionluq üçün gedəcəyik. Asan olmayacaq. Çünki komandamız gəncdir. Lakin bizdə Filip Lam, Məsut Özil və Per Mertezaker kimi təcrübəli futbolçular var".

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır