Əvvəl "Neftçi", sonra "Koper"

Əvvəl "Neftçi", sonra "Koper"
XƏBƏR 14 İyul 2014 / 17:53 3423
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Neftçi” – “Koper” matçından bir gün öncə - sabah hər iki komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk olaraq jurnalistlərin qarşısına "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev çıxacaq. 

Saat 18:30-da jurnalistlərin suallarını cavablandıracaq B.Hacıyevdən bir saat sonra "Koper"in çalışdırıcısı Rodolfo Vanolinin mətbuat konfransı keçiriləcək.  
 
Saat 19:00-da “Neftçi”nin, bir saat sonra isə “Koper” klubunun mətbuat üçün açıq məşqi baş tutacaq.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Koper" oyunu iyulun 17-də, saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır