Millimiz Avropa superfinalında oynayacaq

Millimiz Avropa superfinalında oynayacaq
XƏBƏR 14 İyul 2014 / 11:48 2056
-  A +

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa superfinalına vəsiqə qazanıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatının seçmə mərhələsində millimiz ilk oyunda Qazaxıstan yığmasını məğlub edib - 3:1.

Qolları Hikmət Bağırov, Amid Nəzərov və Sabir Allahquliyev vurub. Növbəti oyunda millimiz Estoniya yığmasına məğlub olub. 1:2 hesabı ilə başa çatan qarşılaşmada futbolçularımızdan Hikmət Bağırov fərqlənib.

Qrup mərhələsinin üçüncü oyununda millimiz Moldova yığmasını 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. Moldova komandasının qapısından topları Asif Zeynalov, Orxan Məmmədov, Amid Nəzərov və Sabir Allahquliyev keçirib.

Millimizin iştirak edəcəyi Avropa superfinalı avqustun 14-dən 17-dək İspaniyanın Torredambarra şəhərində təşkil olunacaq.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır