“Əminəm ki, bu dəqiqə almanlar qorxu içindədirlər”

“Əminəm ki, bu dəqiqə almanlar qorxu içindədirlər”
XƏBƏR 13 İyul 2014 / 22:17 3844
-  A +

Argentina millisinin hücumçusu Serxio Aquero DÇ-2014-ün Almaniyaya qarşı keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb.

QoI.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, bugünkü matçda qol vuracağına inanır:

“Amma hər şeydən çox komandamın qələbəsini istəyirəm. Qələbə əla olar Almaniya güclü komandadır. Onlara qarşı diqqətli olmalıyıq. Meydanın mərkəzində top itirməməliyik. Çünki almanlar əsk-hücumda çox təhlükəlidirlər. Buna baxmayaraq, mən əminəm ki, almanlar da bu dəqiqə qorxu içindədirlər. Axı, Almaniyanın rəqibi başqa bir əla komanda - Argentinadır”.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq