“Qarabağ” bu gün Maltaya gedir

“Qarabağ” bu gün Maltaya gedir
XƏBƏR 13 İyul 2014 / 12:48 2696
-  A +

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlığını başa vuracaq.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  son ölkə çempionu  yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 19:00) Zalsburq – Valletta reysi ilə Maltaya yola düşəcək.  

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində “Valletta” ilə oyunqabağı son məşqinə  “Ta qali” stadionunda  bazar ertəsi  yerıi vaxtla saat 18:30-da (Bakı vaxtıyla 21:30) çıxacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə “Valletta” – “Qarabağ” oyunu İyulun 15-də Bakı vaxtı ilə  saat 21:30-da start götürəcək.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq