Cerard: "Suaresi heç vaxt unutmayacağıq"

Cerard: "Suaresi heç vaxt unutmayacağıq"
XƏBƏR 12 İyul 2014 / 14:22 2755
-  A +

"Liverpul" klubunun kapitanı Stiven Cerard sabiq komanda yoldaşı Luis Suaresin "Barselona"ya transferinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, ingilis futbolçu "İnstagram" sosial şəbəkəsindəki səhifəsində Suaresi unutmayacaqlarını yazıb:

"Suares kimi inanılmaz və istedadlı futbolçu ilə birgə oynadığım üçün çox şadam. Biz onu unutmayacağıq. Öz adımdan Suaresə "Barselona" uğurlar arzulayıram. Düşünürəm ki, onda hər şey yaxşı alınacaq".

Qeyd edək ki, 2011-2014-cü illərdə "Liverpul"un şərəfini qoruyan Suares dünən "Barselona" ilə 5 illik müqavilə imzalayıb.

 


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq