Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Valletta” - “Qarabağ” matçının baş hakimi Adrian Jakottet olacaq.
İsveçrəli referi 1983-cü ildə Bazeldə anadan olub. 6 dil bilən (alman, fransız, katalon, ispan, italyan, ingilis) 31 yaşlı referi 2012-ci ildən FİFA hakimi statusunu daşıyır. İxtisasca vəkil olan Jakottet bu günə kimi nə millimizin, nə də klublarımızın oyununu idarə edib. Onun yolu maltalılarla da kəsişməyib.
“Valletta” - “Qarabağ” matçı isveçrəli referinin Çempionlar Liqasındakı debütu olacaq. O, ötən il “Barselona” - “Ayaks” (4:1) və “Real Soseydad” - “Bayer Leverkuzen” (0:1) matçlarını idarə etsə də, bu qarşılaşmalar gənclər arasında keçirilən ÇL-ə təsadüf edib.
Bu günə kimi Avroliqada 3 oyun idarə edən isveçrəli hakim son olaraq 8 gün əvvəl “Ruseborq” - “Jelqava” görüşündə ədaləti qoruyub. Özü də onun baş hakim olduğu avrokubok oyunlarının hamısında meydan sahibləri qalib gəlib.
Maraqlıdır ki, Jakottetin idarə etdiyi beynəlxalq oyunlarda yalnız 1 heç-heçə qeydə alınıb. Bu, ötən il sentyabrın 10-da keçirilən İspaniya - Çili matçına təsadüf edir. Həmin yoxlama görüşü 2:2 hesabıyla başa çatıb.
Mənbə: futbolxeber.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı